Gəncədə teatrlardan birinə yeni status verilib. Bu haqda 16 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Bu gün Nazirlər Kabineti yeni Qərar imzalayıb. Sənədə əsasən, Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.
Bildirilir ki, bu, uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.
Qeyd edək ki, hazırda dövlət teatrında maddi-texniki bazanın gücləndirilməsi, bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.