Gəncədə Dövlət İmtahan Mərkəzi tərəfindən gələcək zal nəzarətçiləri üçün yekun imtahan təşkil edilib. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.
Zal nəzarətçisi olmaq üçün 170 nəfər qeydiyyatdan keçmişdir. Onlardan 110-nu təlimlərə cəlb edilmişdir. İmtahanları uğurla başa vuran şəxslər növbəti imtahanlarda fəaliyyətə başlayacaqlar.
Qeyd edək ki, öncəki seminarlara bazaya yeni daxil olan və təcrübəsi nisbətən az olan müəllimlər də qatılmışdır.