Gəncədə icra başçısı YAP Gəncə şəhər Təşkilatının yeni sədri Ramil Orucovla görüşüb. Bu haqda 9 fevral tarixində İcra Hakimiyyəti məlumat paylaşıb.
Tədbirdə Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. İlk öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub. İcra başçısı Ramil Orucovun gənc yaşlarından müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək, onun savadlı və təcrübəli kadr olduğunu bildirib. Niyazi Bayramov, millət vəkilləri və ziyalılar yeni sədri təyinat münasibətilə təbrik edib və işlərində uğurlar arzulayıblar.
[caption id="attachment_9783" align="alignnone" width="300"]
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto[/caption]