Gəncədə yanacaqdaşıyan avtomobildə yanğın baş verib. Bu haqda 1 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Hadisə Sevinc qəsəbəsində qeydə alınıb. Əraziyə cəlb olunan FHN-in yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.