Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTB) rəisi vətəndaşların qəbulunu keçirib. Bu haqda 11 yanvar tarixində Gəncə MKTİB-nin Facebook səhifəsinə istinadən məlumat veririk.
Gəncə MKTİB-nin rəisi Nurəhməd Əhmədov qəbulda iştirak edən sakinlərin kommunal sahə ilə bağlı şikayət və təkliflərini dinləyib. Səsləndirilən müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi kimi məsələlər üstünlük təşkil edib. Sonda Nurəhməd Əhmədov səsləndirilən şikayət və təkliflərin qanunvericiliyə uyğun həll olunması istiqamətində qurumun müvafiq şöbələrinə tapşırıqlar verib.
Qeyd edək ki, qəbula yazılan 78 nəfərdən 50 nəfər iştirak edib, 28 nəfər isə müxtəlif səbəblərdən gəlməyib. İştirak edənlərdən 20 nəfər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlə təmin olunması məqsədilə siyahıya alınaraq aidiyyəti üzrə yönəldilib.