Gəncədə azyaşlı uşaq köməksiz qalıb. Bu haqda 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Hadisə Kəpəz rayonunda qeydə alınıb. Azyaşlının bağlı qapı arxasında qalması haqda müraciət daxil olub. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Onlar giriş qapısını qıraraq, nəzarətsiz qalmış uşağı xilas ediblər.