Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının (DİİXİ Hİ) Gəncə şəhər komitəsinin əməkdaşları Statistika idarəsinin ittifaq üzvləri ilə görüşüblər. Bu haqda sözügedən qurumun Facebook səhifəsinə istinadən məlumat veririk.
Belə ki, Statistika idarəsinin ittifaq üzvləri yaş həddini tamamlayaraq (65 yaş) təqaüdə çıxıblar. Bununla əlaqədar onları fəxri diplom, qiymətli hədiyyə və gül dəstəsi ilə təbrik ediblər.
Sonda görüş iştirakçıları xatirə şəkilləri çəkdiriblər.