Gəncədə 9 dekabr tarixində monitorinq keçirilib. Bu haqda "Real" televiziyasına istinadən məlumat veririk.
Polis əməkdaşları şəhər ərazisində sürücülərin tibbi maskadan istifadə etməsi, COVİD-19 pasportunun olub-olmamasını yoxlayıblar. Karantin qaydalarını pozan şəxslər inzibati olaraq məsuliyyətə cəlb olunublar.
Daha sonra monitorinqlər mehmanxana, kafe və restoranlarda keçirilib. Burada müştərilərin COVİD-19 pasportları yoxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb. Dezinfeksiya vasitələrindən, maskalardan istifadənin vacibliyi vurğulanıb.