Yeni Gəncə yaşayış massivində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda dekabrın 19-u Gencexeber.az Apa-ya istinadən məlumat verir.
Mübahisə zəminində Ceyhun Şirinov arvadı – 32 yaşlı Şövkət Şirinovanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub. Polis hadisəni törətməkdə şübhəli bilinən kişini saxlayıb.
Şirinov hadisədən sonra yoldaşını xəstəxanaya çatdırarkən yolda bir neçə avtomobili vurub.
Faktla bağlı araşdırma aparılır.