Gəncədə 10 dekabr tarixində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda Apa-ya istinadən məlumat veririk.
Hadisə gecə saatlarında 5-ci mikrorayonda baş verib. Samux rayon sakini 27 yaşlı İsmayıl Baxışzadə Tural adlı şəxs tərəfindən bıçaqlanıb. O, qolundan yaralanaraq xəstəxanaya yerləşdirilib. Baxışzadənin vəziyyətinin orta ağır olduğu bildirilir. Tural adlı şəxsin də xəsarət aldığı məlum olub.
Araşdırma zamanı hadisənin qız üstündə mübahisə zəminində baş verdiyi orta çıxıb. Tural polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.