Gəncədə qədim məbədin ərazisinə tullantılar atılır. Bu haqda məlumat yanvarın 10-da Gencexeber.az-a daxil olub.
Söhbət şəhərin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən Alban məbədindən gedir. Ərazinin kimlər tərəfindən bu hala salınması məlum deyil. Bu vəziyyət sakinlərin narazılığına səbəb olur.
Xatırladaq ki, qədim tarixə malik olan Gəncənin Alban məbədi haqqında məlumat vermişdik.