Gəncənin dəmiryol vağzalında yerləşən piyada körpüsü vətəndaşların təhlükəsizliyini təhdid edir.
Gencexeber.az-a bu barədə şəhər sakini tərəfindən məlumat verilib. Bildirilib ki, sərnişinlərin keçidi üçün nəzərdə tutulan körpü qəzalı vəziyyətdədir. Həmçinin tikilinin hazırkı vəziyyəti və görkəmi ondan istifadə etmək istəyən vətəndaşlarda qorxu hissi yaradır.
Körpünün hərəkət olan hissəsində taxta parçası qopub düşüb. Eyni zamanda ərazidən elektrik naqili də keçir ki, bu da insanlar üçün daha təhlükəli vəziyyət yaradır.
Qeyd olunub ki, piyada körpüsü ötən əsrin 80-ci illərində inşa olunub.