Gəncə sakinindən tapança müsadirə edilib. Bu haqda 9 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə, əvvəllər məhkum olunmuş Azər Miyani saxlanılıb. Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Miyaninin üzərində 1 ədəd, atəşə yararlı, "Revolver" tipli tapança və 4 ədəd patron aşkar edilib.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.