Gəncədə qətl hadisəsi baş verib. Bu haqda 13 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Şəhər sakini Məmməd Məmmədov 58 yaşlı atası Azad Məmmədovun itkin düşdüyünü bildirib. Araşdırma zamanı məlum olub ki, oğlu mübahisə zamanı kişini boğaraq qətlə yetirib, sonra isə cəsədi yandıraraq yaşadığı evin həyətində basdırıb. Məmməd Məmmədov polislər tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.