Gəncədə dəm qazından zəhərlənmə baş verib. Bu haqda 28 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Azərbaycan küçəsində qeydə alınıb. 33 yaşlı P.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, bir müddət öncə Heydər Əliyev prospektində Rüstəm Atamov və 3 yaşlı qızı zəhərlənmişdirlər. Nəticədə ata dünyasını dəyişmişdir.