Gəncədə ata və 3 yaşlı qızı dəm qazından zəhərləniblər. Bu haqda yanvarın 24-ü Report.az-a istinadən məlumat veririk.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Mənzillərin birində yaşayan 33 yaşlı Ruslan Atamov və onun qızı 3 yaşlı Fatimə Atamova dəm qazından zəhərləniblər.
Körpə xəstəxanaya çatdırılıb. Rustəm Atamov isə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.