Mənzildən meyit aşkarlanıb.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Əraziyə FHN-nin Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Onlar evdə 1 nəfərin meyitini aşkar ediblər. Sakinin cansız bədəni aidiyyəti üzrə təhvil verilib.