Gəncəli şagird İngilis dili imtahanında yüksək nəticə əldə edib. Bu haqda 30 noyabr tarixində onun təhsil aldığı məktəb məlumat paylaşıb.
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Zəhrabəyim Abdullayeva IELTS imtahanında 8.0 bal toplayıb. O, liseyin 10 "b" sinfində təhsil alır. Məktəbli ən yüksək nəticəni 9 bal olaraq "oxu" bölməsi üzrə alıb.
Xatırladaq ki, 30 noyabr tarixində həmin liseyin 10-cu sinif şagirdi Fidan Hüseynovanın Bolqarıstanın Şumen şəhərində baş tutan turnirdə gümüş medala layiq görülməsi haqda məlumat vermişdik.