Gəncəli şagird informatika fənni üzrə beynəlxalq yarışda gümüş medal qazanıb. Bu haqda Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin saytında məlumat dərc edilib.
Liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova Bolqarıstanın Şumen şəhərində baş tutan turnirdə iştirak edib. Yarış 4-29 noyabr 2021-ci il tarixlərində onlayn formatda keçirilib.
Xatırladaq ki, Fidan informatika fənni üzrə ölkəmizdə ilk beynəlxalq medal alan xanım medalçıdır.