Gəncədə üç günlük regional konfrans keçirilir. Bu haqda 14 dekabr tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.
13-15 dekabr tarixlərində keçirilən konfrans "eTwinning Plus" layihəsi çərçivəsində təşkil olunur. Məqsəd region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və layihənin regionlarda inkişafını təmin etməkdir. Tədbirdə müxtəlif təlim və müzakirələr də aparılır.
Qeyd edək ki, Gəncədən burada 26 müəllim iştirak edir.