Gəncədə daha bir ictimai iaşə obyektində qayda pozuntuları aşkarlanıb. Bu haqda Gencexeber.az 11 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Şəhərin Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən, Orucov İsa Haqverdi oğluna məxsus "Tantuni" dönər evində nöqsanlar aşkarlanıb. Obyektin sahibi inzibati məsuliyyətə cəlb olunub.
Nəzarət tədbirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilib.
AQTA-dan bildirilib ki, qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.