Gəncədə gənc qadın dəm qazından zəhərlənib. Bu haqda Gencexeber.az 23 noyabr tarixində Apa.az-a istinadən məlumat verir.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. Zəhərlənmə diaqonuzu ilə xəstəxanaya aparılan xanım 31 yaşlı Lalə İsmayılovadır.
Qadının vəziyyəti orta-ağır olduğu bildirilib. İlkin məlumata əsasən, xanım evin hamamında dəm qazından zəhərlənib.
Bir müddət öncə, bir ailənin yeddi üzvünün zəhərlənməsi haqda məlumat vermişdik.