23 C
Gence
23 C
Gence

Gəncədə ailə zəhərlənib: ən yaşlısının 60, kiçiyinsə 6 yaşı var

Gəncədə bir ailənin yeddi üzvü zəhərlənib. Bu haqda Gencexeber.az 22 noyabr tarixində Apa.az-a istinadən məlumat verir.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 10 yaşlı Nuray Abdullayeva 37 yaşlı Tamam Abdullayeva, 10 yaşlı Kənan Abdullayev, 32 yaşlı Sevda İmanova, 6 yaşlı Kamran İmanov, 7 yaşlı Zəhra İmanova və 60 yaşlı Fazilə Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya qaldırılıblar. Xəstələrin vəziyyətləri normal olduğu bildirilir.

İlkin məlumata görə, şəhər sakinləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Ən Çox Oxunan