Gəncədə "Coding for Beginners" adlı təlim baş tutacaq. Bu haqda 11 yanvar tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.
Təlim Gəncə Amerika Mərkəzi tərəfindən təşkil olunacaq. 18-19 yanvar tarixlərində saat 15:00-dan 17:00-dək baş tutacaq tədbirdə qeydiyyatdan keçmiş 13-30 yaş arası şəxslər iştirak edə biləcəklər. Təlimdə proqramlaşdırmanın növləri, proqramlaşdırmanı öyrənmə üsulları, proqramlaşdırmada ali təhsilin və ingilis dilinin rolu, təcrübə və iş imkanları haqqında ətraflı məlumat veriləcək. Tədbirdə iştirak ödənişsizdir.
Qeydiyyat üçün link: