Azərbaycan Tibb Universitetinin professoru Gəncədə dərs keçib. Bu haqda 16 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti məlumat paylaşıb.
Onlar ilk öncə kafedranın maddi-texniki bazası, Əczaçılıq İnnovasiya mərkəzi ilə tanış olublar. Professor Məhbubə Vəliyeva və dosent Vaqif İsgəndərov ADAU-nun Əczaçılıq kafedrasının professor-müəllim heyəti ilə birgə seminar keçiriblər. Seminarda əczaçılıq ixtisasında təhsil alan bakalavr, magistr tələbələri və müəllimlər iştirak ediblər.
[caption id="attachment_6825" align="alignnone" width="300"]
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto[/caption]