Gəncədə “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçirilib. Bu haqda dekabrın 19-u Gencexeber.az Azərtac-a istinadən məlumat verir.
Şəhər Ağsaqqallar Şurası tərəfindən təşkil olunan tədbir Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutub. Burada narkomaniyanın törətdiyi fəsadlardan danışılıb. “Narkotik maddələrdən istifadə etmə nəticəsində baş verə biləcək fəsadlar”, “Narkoloji xəstələrin müayinə və müalicəsi”, “Narkomaniya ilə mübarizə və onun aradan qaldırılması tədbirləri” mövzularında çıxışlar dinlənilib. Tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr də aparılıb.