Gəncədə 4 nəfər dəm qazından zəhərlənib. Bu haqda 3 yanvar tarixində Report.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin 1-ci mikrorayon ərazisindəki mənzildə qeydə alınıb. 76 yaşlı Q.Qəribov, 67 yaşlı T.Qurbanova, 41 yaşlı S.Mirəliyev və 17 yaşlı G.Hacıyeva xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.