Gəncədə qızıl-zinət əşyaları oğrusu saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyin saytında məlumat dərc edilib.
Kəpəz RPİ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini R.Yusifov saxlanılıb. O, evlərin birindən 1900 manat dəyərində qızıl-zinət əşyaları və saat oğurlamaqda şübhəli bilinir.
Xatırladaq ki, Gəncə şəhər sakininin tütün məmulatı oğurlaması haqda məlumat vermişdik.