24.7 C
Gence
24.7 C
Gence

Gəncə sakini Göygöldə oğurluq edib

Gəncə sakini oğurluq üstündə saxlanılıb. Bu haqda 13 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Göygöl rayon Polis İdarəsinə Quşqara kəndində mağazaların birindən oğurluq olduğu haqda məlumat daxil olub. Polis əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ələkbərov və Samux rayon sakini M.Məmmədovu saxlayıblar. Onların mağazadan “VÖEN” vəsiqəsi, 2430 manat dəyərində tütün məmulatı, enerji və spirtli içkiləri oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan