Gəncənin basketbol klubunun yeni ilin ilk oyunundakı rəqibi bəlli olub. Bu haqda 6 yanvar tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə BK” Bakının “Neftçi İK” komandasına qarşı oynayacaq. Matç sabah, 7 yanvar tarixində saat 20:00-da “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Oyun Azərbaycan Basketbol Liqasının XII turu çərçivəsində keçiriləcək.