Gəncə təsmilçisinə yeni baş məşqçi təyin olunub. Bu haqda 28 sentyabr tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə” BK türkiyəli mütəxəssislə anlaşıb. Bedri Meriç “sarı-göylər”in yeni baş məşqçisi təyin edilib. 41 yaşlı məşqçi ilə mövsümün sonuna kimi muqavilə bağlanılıb.
Qeyd edək ki, Meriç ilk dəfə ölkə xaricində çalışacaq. Daha öncə Türkiyənin "Anakaragücü" və "Böyük Anadolu" klublarında işləyib. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.