Gəncənin basketbol komandası növbəti rəqibi ilə qarşılaşıb. Bu haqda 22 dekabr tarixində “Gəncə” BK-ya istinadən məlumat veririk.
Azərbaycan Basketbol Liqasında XI tura start verilib. Açılış oyununda "Gəncə" "Sabah"la üz-üzə gəlib.
Matç "Sərhədçi" İdman Mərkəzində keçirilib. Oyun təmsilçimizin 73:81 hesablı məğlubiyyəti ilə başa çatıb.