Gəncə basketbolçuları rəqiblərini məğlub ediblər. Bu haqda 12 dekabr tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə” BK “Zirvə Astara” BK ilə qarşılaşıb. Oyun Azərbaycan Basketbol Liqasının IX turu çərçivəsində baş tutub.
Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan matç təmsilçimizin 98-85 hesablı qələbəsi ilə yekunlaşıb. “Gəncə” BK-nın heyətində Kris Hemil, Ceylon Perri və Kollin Törner fərqləniblər.