Gəncənin basketbol klubu növbəti oyuna hazırlaşır. Bu haqda 10 yanvar tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə BK” Bakının “NTD BK” komandasına qarşı oynayacaq. Matç 12 yanvar tarixində saat 19:15-də “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.
Oyun Azərbaycan Basketbol Liqasının XIII turu çərçivəsində keçiriləcək. Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.