Gəncədə basketbol liqasının növbəti tur oyunları start götürür. Bu haqda 10 yanvar tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.
Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və "Telekom Basketbol" İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol liqasının II turu başlayır. Beləliklə, 11 yanvar baş tutacaq oyunların cədvəli paylaşılıb.
Saat 18:00-da Azərbaycan Texnologiya Universitetinin komandası Göygöl şəhər Olimpiya İdman Kompleksinin komandası ilə üz-üzə gələcək. 19:30-da isə İdman Liseyinin komandası “Telekom BİK” ilə qarşılaşacaq.
Oyun Azərbaycan Texnologiya Universitetinin idman zalında keçiriləcək.