Gəncə Basketbol Liqasının növbəti turunun oyunları keçirilib. Bu haqda 12 yanvar tarixində Azərbaycan Texnologiya Universitetinin Facebook səhifəsinə istinadən xəbər veririk.
11 yanvar tarixində Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və "Telekom Basketbol" İdman Klubunun birgə təşkilatçılığı ilə oyunlar keçirilib.
Bu turda Azərbaycan Texnologiya Universitetinin komandası ilə Göygöl şəhər Olimpiya İdman Kompleksinin komandası üz-üzə gəlib. Azərbaycan Texnologiya Universitetinin komandası 44:32 hesabı ilə qalib gəlib. İdman Liseyinin komandası isə “Telekom BİK” ilə qarşılaşaraq 27:77 hesabı ilə məğlub olub.