Gəncədəki müəssisələrdən biri barədə protokol tərtib edilib. Bu haqda 22 may tarixində Oxu.az-a istinadən xəbər veririk.
Dövlət Gömrük Komitəsi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib. Buna səbəb istehsal birliyinin gömrük qaydalarını pozması olub.
Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İş hakim Orxan Cəfərlinin sədrliyi ilə araşdırılacaq. Protokol tərtib olunan maddədə deyilir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilirlər.
Qeyd edək ki, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi dövlət müəssisəsidir.