Gəncədə minlərlə arxiv sənədi elektronlaşdırılıb. Bu haqda 6 yanvar tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Arxiv sənədlərinin asan tapılmasında və sistemləşdirilməsində elektronlaşma vacib rol oynayır. Gəncə arxivində də 6 min sənəd elektron bazaya yerləşdirilib. Gün ərzində burada 100-ə yaxın sənədin elektron daşıyıcılara yüklənməsi prosesi həyata keçirilir.
Gəncə arxivində, həmçinin Goranboy, Göygöl, Samux, Naftalan, Daşkəsənin idarəçilik sənədləri də saxlanılır. İdarədə 589 fond üzrə 102 min 487 arxiv sənədi mühafizə edilir. Ötən il 1066 sənəd arxivdə dövlət mühafizəsinə qəbul olunub. Bunlardan 182-si Gəncə şəhidlərinin şəxsi sənədləridir.