Gədəbəydə icra strukturunda dəyişiklik olub.
Gencexeber.az Report-a istinadən məlumat verir ki, Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Valeh qızı Allahverdiyeva vəzifəsindən azad olunub. Bununla bağlı şəhər rəhbəri Orxan Mürsəlov müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Allahverdiyeva Gədəbəy Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini də icra edirdi.
Onun yerinə hələ ki təyinat yoxdur.