Gəncədə açıq çempionat start götürüb. Bu haqda 16 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Futzal üzrə çempionat Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilir. Müsabiqə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Burada UTECA komandaları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak edib.
Yarışda ümumilikdə 6 komanda mübarizə aparıb. İlk oyun günü “Telekom” və UTECA futzalçıları qarşılaşıblar. Matç universitet komandasının 3-0 hesablı qələbəsi ilə başa çatıb.