Gəncədə bank əməkdaşı futbol oynayanda dünyasını dəyişib. Bu haqda Gencexeber.az-a 16 dekabr tarixində məlumat daxil olub.
“Access Bank”ın Gəncə filialının 39 yaşlı əməkdaşı Elçin Əhmədov “Offside” meydançasında futbol oynayarkən səhhəti anidən pisləşib. Ona ilkin tibbi yardım göstərilib. Lakin Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, o, ürək tutmasından dünyasını dəyişib.