Təcrübəli qolkiper Gəncə təmsilçisi ilə razılıq əldə edib. Bu haqda 22 iyun tarixində Bizim.Media.az-a istinadən xəbər veririk.
Futbol klubumuz keçmiş qapıçısını geri qaytarır. Söhbət Orxan Sadıqlıdan gedir. “Sumqayıt”dan ayrılan futbolçu karyerasını “Kəpəz”də davam etdirəcək.
Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Qeyd edək ki, Orxan Sadıqlı əvvəllər də “Kəpəz”in şərəfini qoruyub.