Gəncə-Daşkəsən avtomobil yolunun Gəncə şəhər ərazisindən keçən hissəsində qəza baş verib.
Gencexeber.az məlumat verir ki, "VAZ - 21015" markalı avtomobil "Ford" markalı mikroavtobusla toqquşub.
Qəza zamanı zərbənin təsirindən VAZ yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.