Gəncədə solo konsert baş tutacaq. Bu haqda 11 yanvar tarixində Gəncə Dövlət Filarmoniyası məlumat paylaşıb.
Xalq artisti Ənvər Sadıqov rəhbərlik etdiyi "Qaytağı" instrumental ansamblı ilə birlikdə Gəncədə ilk solo konsertini keçirəcək. Musiqi proqramı 7 fevral tarixində saat 19:00-da baş tutacaq.
Konsertdə iştirak etmək istəyənlər biletləri Filarmoniyanın kassasından əldə edə bilərlər.