Gəncədə Fikrət Verdiyevin anım mərasimi keçirilib. Bu haqda 23 dekabr tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.
Məlumat verdiyimiz kimi, 22 dekabr tarixində Xalq artisti, Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyev dünyasını dəyişib. Gəncə Dövlət Filarmoniyasında tarzənin vəfatı ilə əlaqədər anım mərasimi baş tutub.
Filarmoniyanın girişində dahi sənətkarın şəkilləri qoyulub. Mədəniyyət işçiləri buraya güllər düzərək, Xalq artistinin xatirəsini anıblar.