Gəncədə fəaliyyət göstərən “Fərəh” Sosial İctimai Birliyinin üzvləri futbol klubumuzun məşqlərində iştirak ediblər. Bu haqda 17 may tarixində futbol klubuna istinadən xəbər veririk.
Birliyin üzvləri “Kəpəz”in heyəti ilə görüşüblər. Görüşün məqsədi fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Fiziki məhdudiyyətli insanları bir araya gətirən birliyin üzvləri baş məşqçi Adil Şükürov və futbolçular tərəfindən xoş qarşılanıblar.
Tədbirin sonunda baş məşqçi qonaqları məşqdə görməkdən məmnun olduqlarını bildirib, oyunlara dəvət edib.