Gəncədə evi ildırım vurub. Bu haqda 25 sentyabr tarixində Report-a istinadən xəbər veririk.
Hadisə üçmərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Mənzillərdən birinə ildırım düşüb. Nəticədə mətbəxdə yerləşən elektrik avadanlığında qısaqapanma olub və yanğın başlayıb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ildırım çaxmağı nəticəsində parkda olan şəhər sakini şok keçirib. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.