top
Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ
07 iyul 2026, 13:04
- ↺ +

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir rayonunda 35 yaşlı kişi həyat yoldaşına qarşı zorakılıq edib. 

Hadisə bu ilin martın 1-də baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Sərdar həmin gün, saat 23:45-də yaşadığı evdə arvadı Saranı döyüb. 

Faktla bağlı Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü dayısı oğlunun avtomobilini sürərək ailəsi ilə qonaqlıqdan qayıdıblar.

"Evə çatanda Sara avtomobildən düşmək istəmədi. Aramızda mübahisə yaranandan sonra maşından düşdü. Sonra dostlarımla görüşmək üçün kənd ərazisində yerləşən çay evinə getdim, amma bağlı olduğu üçün evə qayıtdım. Yenidən həyat yoldaşımla dalaşdıq və onun sifətinə əlimlə xəsarət yetirdim. Sonra isə Sara Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etdi. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığımız evə gələrək məni polis şöbəsinə dəvət etdilər. Hazırda yoldaşım ilə barışmışam və onun mənə qarşı şikayəti yoxdur", - deyə Sərdar bildirib.

İş üzrə zərərçəkmiş Saranın sözlərinə görə, Sərdar ilə 8 il müddətdir ki, evlidirlər.

"Hadisə günü qonaqlıqdan evə qayıdanda Sərdar içkili olduğu üçün əvvəlcə avtomobildən düşmək istəmədim. O, məni məcbur etdikdən sonra düşdüm və qapını sərt şəkildə örtdüm. 25 dəqiqə sonra Sərdar əsəbi halda evə girdi. Mənim avtomobildən düşməməyimə narazılığını bildirərək səsini yüksəltdi və məni döyməyə başladı. Bu zaman Sərdarın anası çətinliklə bizi ayırdı", - deyə zərərçəkmiş bildirib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Mənbə: demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Oxşar xəbərlər