Gəncənin "Kəpəz" futbol klubu öz meydanında "Zaqatala" komandasını qəbul edəcək.
Görüş Gəncə Şəhər Stadionunda dekabrın 17-si saat 14:00-da baş tutacaq. Matç Azərbaycan Birinci Divizionunun 12-ci tur çərçivəsində keçiriləcək.
Qeyd edək ki, Gəncəlilər 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıblar. Hal-hazırda klub turnir cədvəlində 18 xalla üçüncü yerdə qərarlaşıb.