Gəncəli sənətkar xəstəxanada dünyasını dəyişib. Bu haqda Gencexeber.az-a 13 may tarixində məlumat daxil olub.
Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada vəfat edib. 76 yaşlı sənətkar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.
Bu barədə Gəncə Dövlət Universitetinin dosenti - mərhumun qardaşı qızı Günay Sadıqova xəbər verib.
Qeyd edək ki, F.Sadıqov bir müddət öncə Bakıda özəl klinikaya yerləşdirilmişdi. Onda ağciyər pnevmoniyası qeydə alınmışdı.